Tovuzda gimnaziyada müəllim və şagirdlər COVID-19-a yoluxdu, tədris dayandırıldı

Tovuzda gimnaziyada müəllim və şagirdlər COVID-19-a yoluxdu, tədris dayandırıldı
21:56 07-04-2021 | icon 54

Tovuz rayonunun Qovlar şəhərində İnteqrasiya Təlimi İnternat Tipli Gimnaziyanın 5 sinfi koronavirus səbəbindən bağlanıb. “Report” xəbər verir ki, Gimnaziyanın beş müəllimi və üç şagirdi COVID-19-a yoluxub.

Bu səbəbdən tədris müəssəsinin iki 3-cü, iki 4-cü və bir 9-cu sinfi bağlanıb. Bu siniflərin şagirdləri üçün tədris distant formada keçirilir.




0.30619287490845