Biləcik kəndi ərazisində salınan fındıq bağlarının sahibi kimdir?

Biləcik kəndi ərazisində salınan fındıq bağlarının sahibi kimdir?
18:15 07-04-2021 | icon 303

Hazırda Qax və Şəki rayonları ərazisində, o cümlədən də Biləcik kəndi ərazisində fındıq bağlarının salınması ilə “Monte Ferro” MMC məşğul olur. Monte Ferro” MMC 28.11.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Qax şəhəri, Azərbaycan, ev 28” göstərilib. Qanuni təmsilçisi Bağmanov Hikmət Kamal oğludur.

MMC rəsmilərinin mətbuata verdiyi açıqlamada qeyd olunur ki, “Monte Ferro” MMC Şəkinin Bideyiz, İnçə, Cunud, Biləcik, eləcə də Qaxın Qaşqaçay, Güllük, Almalı, Cəlayir, Zəyəm kəndləri yaxınlığındakı əkinə yararsız bələdiyyə və meşə fondu torpaqlarının bir hissəsində intensiv fındıq bağları salıb. Ümumilikdə şirkət bu ərazilədə təqribən 2000 hektar sahədə fındıq kollarından ibarət bağ salıb. Amma 2022-ci ilədək bağların 5000 hektara çatdırılması hədəflənib.

Onu da bildirək ki, “Monte Ferro” MMC Azərbaycanın tanınmış şirkətlərindən olan “AGA Group” şirkətinə bağlıdır. “AGA Group” şirkəti 1998-ci ildən fəaliyyət göstərir. Əsasən iş mərkəzlərinin (Plazalar) sahibi kimi tanınıb. Hazırda “AGA Group”a bağlı olan iş mərkəzləri arasında “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center” və “Caspian Plaza” (3 korpusdan ibarət) yer alır.

Bunlardan başqa “AGA Qroup” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”),  kənd təsərrüfatı ("Monte Ferro"),  İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və otelçilik (“Da Vinci” və “Caspian Palace” otelləri)  sahələrini də fəaliyyət göstərir.



“AGA Qroup” şirkətinin sahibi Aydın Dəmirçidir. Hazırda onun biznesini oğlu Qafar Dəmirçi idarə edir. Qafar Dəmirçi 1986-cı ildə anadan olub. London Universitet Kollecinin İqtisadiyyat fakültəsini bitirib. 2008-ci ildən İT sahəsinə fəaliyyət göstərir. 2014-cü ildən etibarən "AGA Group" şirkətində vitse-prezident vəzifəsində çalışır. Qafar Dəmirçi eyni zamanda iqtisadiyyat mövzusunda video-dərslər çəkərək  “Yotube” sosial şəbəkəsində paylaşır.

Qafar Dəmirçi eyni zamanda triathlon idman növü ilə məşğul olur. Qafar Dəmirçi hazırda gənc idmançılarla birgə “Baku Tri Klub” yaradıb. Bu vaxta qədər Qafar Dəmirçi 7 qitə olmaqla 16 dəfə marafonda iştirak edib. Qafar Dəmirçinin atası “AGA Group”un rəhbəri Aydın Dəmirçi də triatlon üzrə beynəlxalq yarışlarda iştirak edir.







0.33672690391541