ABŞ Pekin Olimpiadasının boykotu məsələsini müzakirə edəcək

ABŞ Pekin Olimpiadasının boykotu məsələsini müzakirə edəcək
07:21 07-04-2021 | icon 53

ABŞ öz müttəfiqləri və tərəfdaşları ilə Pekin Olimpiadasının mümkün boykotu məsələsini müzakirə etmək niyyətindədir.

Bu barədə Dövlət Departamentinin sözçusu Ned Prays məlumat verib.

Onun sözlərinə görə, hazırda bu məsələ ölkə hökumətinin gündəliyindədir.

“Bu, gündəlikdə olan məsələlərdən biridir. Biz öz müttəfiqlərimiz və tərəfdaşlarımızla bunu müzakirə etmək istəyirik. Qəbul edilən qərar təkcə bizim yox, həm də onların maraqlarına cavab verməlidir”, - deyə N.Prays bildirib.

Qeyd edək ki, XXIV Qış Olimpiya Oyunları 4-20 fevral 2022-ci ildə Pekində keçiriləcək. 




0.21228885650635