Qarlı hava idmana da təsirsiz ötüşmədi: Bir neçə oyun təxirə salındı

Qarlı hava idmana da təsirsiz ötüşmədi: Bir neçə oyun təxirə salındı
10:56 24-02-2021 | icon 43

Azərbaycan Respublikası ərazisində mövcud olan qarlı hava şəraiti ilə əlaqədar olaraq Peşəkar Futbol Liqası yeni qərar qəbul edib.

Stadionlardakı son durum təftiş olunub və Azərbaycan I Divizionunun bu gün keçirilməli olan “Sabah-2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları təxirə salınıb. Görüşlərin yeni vaxtı hələ müəyyənləşməyib.

Turun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunu planlaşdırıldığı kimi saat 14:00-da başlanacaq.