Xaçmazda “Mercedes” qəza törətdi: Üç kənd qazsız qaldı 

Xaçmazda “Mercedes” qəza törətdi: Üç kənd qazsız qaldı 
10:49 24-02-2021 | icon 68

Xaçmaz rayonu, Xudat şəhəri ərazisində qarlı hava şəraitində idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə də ziyan vurub. Bununla bağlı “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilib ki, 3 kənddə xidmət göstərən diametri 57 mm olan qaz xəttini “Mercedes” markalı minik avtomobili zədələyib. 

Mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. 

Hadisə yerində Xaçmaz Regional qaz istismarı İdarəsinin əməkdaşları çalışır.