Avropaya “qanlı yağış” yağacaq

Avropaya “qanlı yağış” yağacaq
02:21 24-02-2021 | icon 72

Rusiyanın Hidrometeoroloji Mərkəzinin elmi direktoru Roman Vilfand Avropa sakinləri üçün xoşagəlməz təbiət hadisəsini proqnozlaşdırıb.

Bu barədə Mk.ru xəbər yayır.

Alimin sözlərinə görə, Böyük Səhradan gələn tozlarla doymuş hava kütlələri Avropanın cənub-qərbində qırmızı rəngli “qanlı yağışlar”a səbəb olacaq.

Belə qorxunc yağış İspaniyaya, ola bilsin ki, Fransanın cənubuna, Aralıq dənizi sahillərinə yağacaq.

Vilfand izah edib ki, bu proses Avropanın mülayim havası ilə isti hava kütlələrinin qarşılaşması nəticəsində baş verəcək. Bu, frontal hissənin kəskinləşməsinə və nəticədə yağışların qırmızı (qanlı) rəng almasına səbəb olacaq.

Qeyri-adi meteoroloji hadisənin fevralın 24-nə qədər davam edəcəyi bildirilir.