Gürcüstanın azadlığı uğrunda mübarizə aparan Yadigarov qardaşları – VİDEO

Gürcüstanın azadlığı uğrunda mübarizə aparan Yadigarov qardaşları – VİDEO
22:07 23-02-2021 | icon 51

Gürcüstan ilk dəfə müstəqilliyini qazandıqdan sonra onu qoruyub saxlamaq üçün yerli azərbaycanlılar gürcülərlə birlikdə rus bolşeviklərinə qarşı vuruşaraq mübarizə aparıblar. 

Həmin dövrlərdə azərbaycanlılardan ibarət dəstəyə polkovnik Yadigarov rəhbərlik edib. Polkovnik Yadigarov Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Marneuli rayonunun Təkəli kəndindəndir. 

Gürcü tarixçi Omar Ardaşeliya 1921-ci ildə gedən ağır döyüşlərdə azərbaycanlıların hər zamanki kimi Gürcüstana dəstək olduğunu, ermənilərin isə həmişəki kimi yaşadıqları ölkəyə xəyanət etdiklərini deyir.

Daha ətraflı Baku TV-nin süjetində: