Agentlikdən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ

Agentlikdən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ
16:56 23-02-2021 | icon 75

Gözlənilən kəskin hava şəraiti ilə əlaqədar çovğun olacağı, gecə saatlarında yolların buz bağlayacağı ehtimal edilir. Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərə xüsusən enişli-yoxuşlu yollarda yarana biləcək qəza və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir.

Bu barədə milletinsesi.info-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amillər nəzərə almalı və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalıdırlar:

“Ümumilikdə isə qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edirik. Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir. Piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.