“Caliber”dən növbəti təhlil: Öz cinayətlərində batıb qalan Ermənistan - VİDEO

“Caliber”dən növbəti təhlil: Öz cinayətlərində batıb qalan Ermənistan - VİDEO
14:35 23-02-2021 | icon 49

Kapitulyasiyaya imza atan Ermənistan özünün rüsvayçı keçmişinin girdabında olduğu kimi öz cinayətlərində batıb qalıb.

Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında yerləşdirilən növbəti videoda qeyd edilir.

Videoda bildirilir ki, rəsmi olaraq, yalnız bu gün üçün son müharibədə törədilmiş nizamnamənin pozulması, fərarilik, vəzifə səlahiyyətlərindən sui-istifadənin ağır nəticələrə səbəb olması və digər hərbi cinayətlər kimi, həm də müdafiənin təşkilinin iqtisadi tərkibi ilə əlaqəli minə yaxın cinayət işinə baxılır.

Serj Sarqsyanın mediada reinkarnasiyası, erməni müxalifətinin uğursuz “yubiley” mitinqi, diaspor vəsaitlərinin mənimsənilməsi, son müharibədəki itkilərlə bağlı yenilənmiş statistika və bir çox maraqlı mövzuları və yarımçıq qalmış ümidlər “Caliber” analitik layihəsinin növbəti süjetində: