Daha bir məktəb koronavirusa görə bağlandı

Daha bir məktəb koronavirusa görə bağlandı
10:21 23-02-2021 | icon 51

Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında dərslərin distant formada keçirilməsi qərara alınıb.

Buna səbəb gimnaziyada müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

Dərslər 14 günlük distant formada davam etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl Bakının 82 nömrəli tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırlıb.