Ağdamda futbolçu seçiminə başlanılır - FOTO

Ağdamda futbolçu seçiminə başlanılır - FOTO
17:42 22-02-2021 | icon 32

“Qarabağ” Futbol Akademiyası aşağı yaş qruplarına seçimlər elan edib.

Seçimlər Ağdam rayonu, Quzanlı qəsəbə stadionunda baş tutacaq.

Burada iştirak etmək istəyən 2006-2013-cü il təvəllüdlü oğlanlar qeydiyyatdan keçmək üçün bu gündən fevralın 26-dək müraciət edə bilərlər.

Seçimlərin əsas mərhələsi martın 5-dən 7-dək baş tutacaq.