Bağırova Cəmilə və Bağırov Davud məhkəmənin hakimlərinə maneəçilik törətməyə çalışırlar?!

Bağırova Cəmilə və Bağırov Davud məhkəmənin hakimlərinə maneəçilik törətməyə çalışırlar?!
16:50 22-02-2021 | icon 3110

Görəsən, onlar kimə və nəyə arxalanaraq ABŞ vətəndaşı azyaşlı Ceylanın anası Merim Beishekeyevanı (Beyşekeyevanı) valideynlik hüququndan məhrum etmək istəyirlər


Məhkəmələrin rəhbərlərinin və hakimlərin vicdanları sızıldayırmı?

Bir neçə gün öncə  “ABŞ vətəndaşı azyaşlı Ceyla ilə bağlı Komitə Sədri Bahar Muradovaya müraciət edildi” məqaləsi işıq üzü gördükdən sonra Bağırov Davudun adından ona nümayəndə və vəkili Quliyev Azərin göndərmiş olduğu təkzibinə görə fevralın 4- də isə  “ABŞ vətəndaşı azyaşlı Ceylanın anası Merim Beyşekeyevanın Komitə sədrinə müraciəti Davud Bağırovu niyə narahat edir?” məqaləsi işıq üzü görmüşdür.

Həmin məqalənin sonunda 17 (on yeddi) hissədən 8 (səkkiz) bənddən ibarət suallara bu günə qədər nə Bağırov Davudun, nə ona nümayəndə və vəkili Quliyev Azərin, nə də adları çəkilən digər vəzifəli şəxslərin nə təkzibləri, nə də cavabları daxil olmamışdır, sayt tərəfindən nə qədər təklif olunsa da, cavab verməkdən yayınmışdılar.

Fevralın 9-da Bağırov Davuda nümayəndə və vəkili Quliyev Azərin (050) 264-76-27 mobil telefonuna zəng vurub, müdafiə etmiş olduğu Bağırov Davud Zöhrab oğlu ilə Merim Beishekeyeva (Beyşekeyeva) və Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının müdafiəçisi, hüquqşünas, eyni zamanda rəhbərlik etdiyim “MillətinSəsi.İnfo” saytının baş redaktorunun hüquq məsələləri üzrə müavini Abdulla Əfəndizadə arasında getmiş məhkəmə mübahisələri ilə əlaqədar göstərmiş olduğu vəkillik fəalliyətinə görə sualları cavablandırmağını xahiş edilsə də, “Kütləvi İnformasiya Vasitələri haqqında” AR Qanunun 8-ci maddəsinə əsasən Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verməli olduğu halda Quliyev Azər yazılı şəkildə Sorğu göndərməyimizi tələb etmiş olduğuna görə biz məqaləni çap edəcəyimizə baxmayaraq, Sorğunu da göndəririk ki, ətraflı cavab versin, sonradan onun mövqeyini də çap edək.

davud ceyla

Oxucuların, aidiyyatı məhkəmə və dövlət orqanlarının rəhbərlərinin, məsul vəzifəli şəxslərinin, əməkdaşlarının və hakimlərinin, məhkəmələrin rəhbərlərinin diqqətinə bir daha çatdırırıq ki, hələ 2017-ci ilin fevral ayında Abdulla Əfəndizadə Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarını rəsmi şəkildə məhkəmə instansiyalarında və digər dövlət orqanlarında müdafiə edərkən Bağırovlar ailəsinin təzyiqləri ilə rastlaşmışdı.

Belə ki, 13 mart 2017-ci il tarixində Abdulla Əfəndizadə AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Abdulla Əfəndizadəyə Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitənin, Hicran Hüseynovanın, orada Uşaq Problemlər şöbəsinin müdiri Bağırova Cəmilənin (Bağırov Davudun bacısının) adlarını Kütləvi İnformasiya Vasitələrində (KİV-lərdə) hallandırmayaydı, ümumiyyətlə “yaxşı olardı ki,” Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarını “ürəkdən” müdafiə etməyəydi. Abdulla Əfəndizadə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məsul vəzifəli şəxslərilə söhbəti qurtarana yaxın Bağırov Davud orada “peyda” olmuşdu.

davud bacisi cemile

Daha sonra Abdulla Əfəndizadə bildirir ki, həmin idarədən çıxdıqdan sonra Azər Quliyev və Bağırov Davud 13 mart 2017-ci il tarixində Abdulla Əfəndizadəni “Billür” restoranına dəvət edib, onu Merim Beishekeyevanı (Beyşekeyevanı) müdafiə etməkdən imtina etməyi məsləhət bilmişdilər.

Gecə saat 22:00 da yaxın Quliyev Azərin vacib işə görə çıxıb getdikdən sonra Bağırov Davud Abdulla Əfəndizadəyə Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarını müdafiə etməməsini, etdiyi halda isə gözdən pərdə asmaqla “lazımınca” etməməsini, bu hərəkətin müqabilində ona (yəni Abdulla Əfəndizadəyə) 30.000 (otuz min) ABŞ dolları ödəməyə hazır olduğunu bildirmişdir. Lakin Abdulla Əfəndizadə Bağırov Davudun “bu təklifiylə” razılaşmamışdır.

Həmçinin Azər Quliyev həmin hadisədən 3 (üç) gün sonra 16 mart 2017-ci il tarixində Abdulla Əfəndizadəni Nərimanov Rayon Prokurorluğu ilə üzbəüz yolun qarşı tərəfindəki çayxanaya “dəvət etmiş olub”, ona Bağırov Davudun adından 5000 (beş min) pul təklif etməklə təqdim edəndə Abdulla Əfəndizadə imtina etməsini bildirmişdir.

azer_1

Bütün bunlardan başqa Azər Quliyev 30 mart 2017-ci il tarixində guya Bağırov Davud Merim Beishekeyevanı (Beyşekeyevanı) ifşa edəcək sənədi göndərmiş olduğu adı ilə Abdulla Əfəndizadəyə zəng vurmuş olub, həmçinin SMS göndərib, görüşə getməyini xahiş etmişdi.

Həmin görüşdə heç bir sənədin olmaması, əvəzində yekə paketin içində bahalı və iri şokolad qutusunun, qutunun da altında 5000 (beş min) ABŞ dolları olmasını, qutudan və puldan imtina etməsini bildirmişdir. Bütün bu halların yoxlanılması üçün Bağırov Davudun xüsusi ittiham qaydasında şikayətinə görə iş materiallarında Abdulla Əfəndizadə tərəfindən verilən Vəsatətlərdə faktlar, telefon nömrələri, SMS-ləri, onların dəqiq vaxtlarının (tarix, saat və dəqiqələrinin) göstərilməsinə baxmayaraq Sabunçu r-n məhkəmənin hakimi olmuş Mirheydər Zeynalovun tərəfindən “sonradan baxılacağı” bildirilmişdir.

Quliyev Azərin müdafiəni həyata keçirmiş olduğu Bağırov Davud Zöhrab oğlu adından Abdulla Əfəndizadəyə qarşı 2019-cu il 04 iyunda vermiş olduğu xüsusi ittiham qaydasında şikayətinə görə iş Sabunçu r-n məhkəmənin hakimi Mirheydər Zeynalova həvalə edilmiş olduğundan o (yəni hakim olmuş Zeynalov M.S.-in) Abdulla Əfəndizadəyə bildirib ki, vəkil Azər Quliyevlə hələ Binəqədi r-n məhkəməsindən tanışlığı, isti münasibətləri olmuşdu.

Mirheydər Zeynalov Abdulla Əfəndizadəyə bildirib ki, əslində şikayətdə təhqir və böhtanın olmadığı, şikayətin icraata götürülmüş olmasında heç bir əsas olmadığına baxmayaraq Bağırov Davudun adamları – o cümlədən, ailə, qadın və uşaq problemlər üzrə dövlət komitədən, respublikanın Ədliyyə Nazirliyindən, Məhkəmə Hüquq şurasından ona təzyiqlər edilir, həmçinin Abdulla Əfəndizadə o vaxt yüksək vəzifələr daşımış Ramiz Mehdiyevin, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi olmuş Əli Həsənovun, konustitusiya məhkəmənin sədiri olmuş Fərhad Abdullayevin barəsində sərt çıxışlar etdiyindən Bağırov Davudun şikayətini icraata götürməməkdən qorxurdu.

davud1

Abdulla Əfəndizadə məhkəmənin hakimi olmuş Mirheydər Zeynalovun diqqətinə çatdırıb ki, o, “MillətinSəsi.İnfo” saytının araşdırmaçı-jurnalisti, müxbiri işləyir (sonradan – yəni 29 noyabr 2019 il tarixdən hüquq məsələləri üzrə müavini işləyir). Çıxışlarını “MillətinSəsi.İnfo” saytında, “MillətinSəsi.İnfo” saytına məxsus “MillətinSəsi TV” YOUTUBE kanalında, Bakı ş-ri, Yasamal r-nu “Azərbaycan” Nəşriyyatı 7-ci mərtəbə ünvanda edib. “MillətinSəsi.İnfo” saytının hüquqi ünvanı isə Beyləqan rayonunadır.

AR Ali Məhkəməsinin Plenumun 21 fevral 2014 il tarixli 3 Saylı Qərarına əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətlər Kütləvi İnformasiya Vasitəsinin (KİV-in) hüquqi ünvanı üzrə rayon məhkəməsinə verilməlidir. Mirheydər Zeynalov Abdulla Əfəndizadəni inandırıb ki, Bağırov Davudun şikayətini icrata götürməyəcəkdir.

Lakin Abdulla Əfəndizadə məhkəmənin hakimi olmuş Mirheydər Zeynalovun “sərgüzəştləri” barədə məlumatlara malik olduğundan hər ehtimala qarşı Bağırov Davudun şikayətinə qarşı 25 iyun 2019 il tarixdə saat 15:54 radələrində Sabunçu r-n məhkəmənin dəftərxanasından rəsmi şəkildə hazırladığı ətraflı Etirazı qeydiyyatdan keçirir.

Eyni zamanda “MillətinSəsişİnfo” saytının baş redaktoru Tahir Abbaslı isə 25 iyun 2019 il tarixdə saat 10:16 radələrində məhkəmənin hakimi olmuş Mirheydər Zeynalovun adına rəsmi Məktubu Sabunçu r-n məhkəmənin dəftərxanasından rəsmi şəkildə qeydiyyatdan keçirir ki, Abdulla Əfəndizadə tərəfindən edilən çıxışlar Bakı ş-ri, Yasamal r-nu “Azərbaycan” Nəşriyyatı 7-ci mərtəbə ünvanda olmuşdur.

Bu sənədlər məhkəməyə daxil olduqdan iki gün sonra 27 iyun 2019-cu il tarixində məhkəmənin hakimi olmuş Mirheydər Zeynalov Bağırov Davudun şikayətini icraata götürmüş olduqdan sonra isə bildirib ki, Azər Quliyevin onunla (yəni Zeynalov M.S.-lə) “söhbət edib”, onu inandırıb ki, Abdulla Əfəndizadəyə qarşı cinayət işini başlatmış olmasından qorxmasın, onlar (yəni Bağırov Davudgil) şikayətdən imtina edəcəkdirlər, necə ki, məqsəd Abdulla Əfəndizadəni Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarını müdafiə etməkdən çəkindirmək idi.

2019-cu ilin avqust ayında isə Mirheydər Zeynalov Abdulla Əfəndizadəyə bildirib ki, Azər Quliyev onu aldadıb, sözünün üstündə durmayıb, cinayət işinə xitam verilməsinə Bağırova Cəmilənin “icazə vermək istəmədiyini” bildirmişdi. Mirheydər Zeynalov Abdulla Əfəndizadəyə bildirib ki, Azər Quliyevin dediyinə görə onun “arxasında” vəkillər kollegiyasının rəhbərliyi dayanmışdı, necə ki, Azər Quliyev kollegiyanın rəyasət heyətinin üzvü idi.

Mirheydər Zeynalov Abdulla Əfəndizadəyə təklif edib ki, respublikanın ailə, qadın və uşaq problemlər üzrə dövlət komitəsinə getsin, komitənin o vaxtkı sədri olmuş Hicran Hüseynova və uşaq problemlər şöbəsinin müdiri olmuş Bağırova Cəmiləylə (Bağırov Davudun bacısıyla) görüşüb işçilərin yanında onlardan üzr istəyəydi.

Abdulla Əfəndizadə Mirheydər Zeynalova iradını bildirib ki, xüsusi ittiham qaydasında şikayətini Bağırova Cəmilə, Hicran Hüseynova yox, Bağırov Davud vermişdi, hansı səbəblərə görə o (yəni Abdulla Əfəndizadə) Hicran Hüseynova və Bağırova Cəmilədən üzr istəmiş olmalı idi. Mirheydər Zeynalov Abdulla Əfəndizadəyə bildirib ki, işin kökündə onun (yəni Abdulla Əfəndizadənin) KİV-lərdə Hicran Hüseynova və Bağırova Cəmilənin barələrindəki çıxışları dayanmışdı.

Abdulla Əfəndizadə də 2019 ilin dekabr ayında Bağırov Davuda qarşı Xüsusi İttiham Qaydasında Şikayətiylə Yasamal Rayon Məhkəməsinə müraciət edir. Yasamal r-n məhkəmənin hakimi Hüseyn Səfərov məhkəmənin hazırlıq iclasını başlayan kimi Abdulla Əfəndizadənin diqqətinə çatdırır ki, baxmayaraq “MillətinSəsi.İnfo” saytı Yasamal r-nu “Azərbaycan” Nəşriyyatı 7-ci mərtəbə ünvanda yerləşir, təqsirləndirilən şəxs Bağırov Davudun tərəfindən göndərilmiş təhqir və böhtan sayılan həmin yazını çap etsə də, lakin Xüsusi İttiham Qaydasında Şikayət “MillətinSəsi.İnfo” saytının hüquqi ünvanı üzrə verilməlidir.

Vaxt keçməsin deyə Abdulla Əfəndizadə Bağırov Davuda qarşı verdiyi Xüsusi İttiham Qaydasında Şikayəti aidiyyatı üzrə verməsi üçün geri götürür. Eyni zamanda Quliyev Azər Abdulla Əfəndizadəyə təklif etdiyindən ki, Bağırov Davud ona qarşı vermiş olduöu şikayətini geri götürəcəkdir, Abdulla Əfəndizadə xeyli müddəti gözləmişdi. Hazırda aidiyyat məsələsi ilə əlaqədar mübahisə gedir.

Əldə olan sənədlərə görə vəkillər kollegiyasının 11 saylı hüquq məsləhətxanasının müdiri Quliyev Azərin tərəfindən həmin məsləhətxananın vəkili Süleymanov Familə 07 noyabr 2017-ci il tarixində vermiş olduğu 024008 saylı orderə görə Bağırov Davudun hüquqları həm Bakı Apellyasiya Məhkəməsində, həm də Ali Məhkəmədə müdafiə ediləcək.

Daha sonra məlum olur ki, Azər Quliyev Bağırov Davudun şikayətinə görə respublikanın konustitusiya məhkəmənin plenumunun 28 iyun 2018-ci il tarixində keçirilmiş iclasında Bağırov Davudun vermiş olduğu etibarnamənin müddəti 2018-ci ilin aprel ayında bitdiyi halda nümayəndə kimi iştirak etmişdi, ən əsası isə vəkil orderi təqdim etməmişdir. Bütün bunlardan başqa 25 fevral 2019-cu il tarixində Azər Quliyev respublikanın dövlət miqrasiya xidmətinə sorğu və ona qoşmada 17 avqust 2018-ci il tarixində verilmiş 026973-cü nömrəli vəkil orderinin surəti əlavə edilmiş olmaqla azyaşlı Ceylaya respublikanın vətəndaşlığı verilməsi üçün müraciət etmişdi. Lakin verilmiş vəkil orderində miqrasiya xidmətinə müraciət olunduğu qeyd edilməmişdir.

merim_1

Həmin vəkil orderi İddiaçı Merim Beishekeyeva (Beyşekeyeva) ilə Cavabdeh Bağırov Davud arasında gedən mülki mübahisəyə görə hələ 6 (altı) ay əvvəlcədən verilmişdi. Bu bir daha Quliyev Azərin öz “imkanlarından” sui-istifadə etmiş olmasının aşkar şəkildə sübutudur. Bu fakrlarla Vəkillər Kollegiyasına Sorğu-Məktubu göndərilmişdir, cavab gözləyirik.

Oxucuların yaxşı yadındadır ki, başlanğıcda qeyd etdiyimiz kimi Bağırov Davudun adından ona nümayəndə və vəkili olmuş Quliyev Azərin sayta göndərmiş olduğu mövqeyinə görə fevralın  04-də işıq üzü görən “ABŞ vətəndaşı azyaşlı Ceylanın anası Merim Beyşekeyevanın Komitə sədrinə müraciəti Davud Bağırovu niyə narahat edir?” məqaləsində iddianın təmin-tədbiri kimi İddiaçı Merim Beishekeyevanın (Beyşekeyevanın) öz azyaşlı qızı Ceyla ilə həftənin şənbə günləri 3 (üç) saat ərzində görüşməsinə dair Səbail Rayon Məhkəməsinin (hakim Şahin Abdullayev) İş №2(009)-589/2021 saylı 19 yanvar 2021 il tarixli Qərardadına “hörmətlə yanaşan” Bağırov Davudun həmin qərardaddan şikayət verməmişik. Müstəqil Azərbaycan Respublikasının məhkəmə qərarlarına hörmətlə yanaşıram və həmin qərarın icrasına etiraz etmirəm”, həmçinin ailə üzvlərinin, o cümlədən, bacısı olmuş Bağırova Cəmilənin guya bu işlərə qarışmadığını bildirmişdi.

Hətta 01 fevral 2021-ci  il tarixdə Səbail Rayon Məhkəməsində (hakim Şahin Abdullayev) keçirilən məhkəmənin hazırlıq iclasında iştirak edən Bağırov Davuda nümayəndə və vəkili Quliyev Azər də məhkəmənin diqqətinə çatdırmışdır ki, cavabdehlər Qərardaddan şikayət verməyiblər. Bu səbəblərdən hakim Şahin Abdullayev məhkəmə baxışını 23 fevral 2021 il tarixinə təyin etmişdir.

Hətta 02 fevral və 03 fevral 2021-ci  il tarixlərində “MillətinSəsi.İnfo” saytının baş redaktoru Tahir Abbaslı ilə danışan Quliyev Azərin dediyinə görə Bağırov Davudgil uşaqla görüş haqqında çıxan Qərardaddan şikayətlər verməyiblər, fikirləri də yoxdur. Onların bu sözlərinin həqiqətdən nə qədər uzaq olduğu bir daha özünü biruzə vermişdi. Lakin demə Bağırov Davud və bacısı olmuş respublikanın ailə, qadın və uşaq problemlər üzrə dövlət komitənin uşaq problemlər şöbəsinin müdiri olmuş Bağırova Cəmilənin Səbail Rayon Məhkəməsinin (hakim Şahin Abdullayev) İş №2(009)-589/2021 saylı 19 yanvar 2021 il tarixli Qərardadına qarşı vermiş olduğu şikayətlərinə nəzər yetirdikdə məsələ bəlli olur. 29 yanvar 2021-ci il tarixlərlə həm Bağırova Cəmilə, həm də Bağırov Davud şikayətlərini vermiş olmuşdular.

cemile_2

Həmin şikayətlərin həqiqətən də 29 yanvar 2021-ci il tarixində hazırlanmış olduqları, 01 fevral 2021-ci il tarixində guya Səbail r-n məhkəməyə daxil olmuş olması əsaslı şübhələr yaradır. Çox güman ki, Bağırovlar ailəsi tərəfindən verilmiş şikayətlər 04 fevral 2021-ci il tarixindən sonra yəni – 04 fevral 2021 il tarixdə saat 16:16 radələrində işıq üzü görən “ABŞ vətəndaşı azyaşlı Ceylanın anası Merim Beyşekeyevanın Komitə sədrinə müraciəti Davud Bağırovu niyə narahat edir?” məqaləsinin işıq üzü görməsindən sonra baş vermişdi.

Deməli, Səbail r-n məhkəmənin hakimi olmuş Abdullayev Şahinlə və yaxud məhkəmənin sədri Qafarov Ağamalıyla “hansısa danışıqlar baş tutulmuşdu”, onlar da tez belə bir “əfsanə kəşf etmişdilər”. Belə bir qanunsuz hal baş vermiş olduğundan Səbail r-n məhkəmənin rəhbərliyi və hakimi barələrdə ciddi ölçülər götürüləcəkdirlər. Hətta Bağırovların şikayətlərinə Səbail r-n məhkəməsinin dəftərxanası tərəfindən vurulmuş ştamplara nəzər yetirdikdə həmin ştamplarda heç bir tarixi də göstərilməyibdir.

Həmçinin Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının müdafiəçisi Abdulla Əfəndizadə 03 fevral 2021 il tarixdə Səbail r-n məhkəmənin hakimi Şahin Abdullayevin iclas katibi Narqələm xanım Məmmədova ilə xidməti telefonla Qərardadın icrası ilə danışarkən, iclas katibi ondan (yəni Abdulla Əfəndizadədən) Merim Beishekeyevanın (Beyşekeyevanın) hazırkı İddiası üzrə nümayəndəsi Əkbər Məmmədzadəyə bildirişi çatdırmasını soruşmaqla bir daha yadına salmışdır ki, 23 fevral 2021-ci il tarixdə məhkəmə baxışı keçiriləcəkdir.

ceyla

Məlum olduğu kimi AR Ali Məhkəməsinin 20 may 2020 il tarixli Qərarına əsasən məhkəmələrin tərəfindən vətəndaşların özlərindən heç bir Ərizələrin, Şikayətlərin qəbul edilməməsi, yalnız Poçt vasitəsilə qəbul edilməsi qaydası tətbiq edilir. Lakin iş materiallarında Bağırovlar tərəfindən şikayətlərini poçt vasitəsilə göndərmədikləri məlum olur. Belə ki, iş materiallarında həmin şikayətlərin poçt zərfləri yoxdurlar.

Daha sonra Səbail r-n məhkəmənin hakimi Şahin Abdullayevin məhkəmə baxışını 23 fevral 2021 il tarixinə təyin etməsi haqqında 01 fevral 2021 il tarixdə çıxardığı Qərardadına, iş materiallarının 176 vərəqdə İddiaçının nümayəndəsi Əkbər Məmmədzadəyə, 177 vərəqdə üçüncü şəxs Ailə, Qadın və Uşaq Problemər Komitənin nümayəndəsi Rahil Süleymanzədəyə, 178 vərəqində cavabdehlər Bağırovlar: Davuda, Cəmiləyə, onun övladları Suadaya, Fuada (Quliyev Azərin onlara çatdırması üçün imzası var), 179 vərəqində Quliyev Azərin adına məhkəmənin çağırış vərəqələrinə diqqət yetirdikdə açıq-aşkar məlum olur ki, Bağırovlar: Davud və Cəmilənin tərəflərindən əslində 29 yanvar 2021-ci il tarixində heç bir şikayətlər yazılmayıblar, 01 fevral 2021-ci il tarixində də məhkəməyə çatdırılmayıblar.

Cavabdehlərin şikayətlərinə nəzər saldıqda orada bir məqam var ki, onlar qeyd etmişdilər ki, Merim Beishekeyeva (Beyşekeyeva) 2018-ci ildə oxşar İddia qaldırıb, sonra isə İddiasını geri götürmüşdü.

Diqqətə çatdırırıq ki, o vaxt Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017-ci il tarixli Qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin (sədrlik edən Ə.Mirzəliyev) iş №10(102)-80/2017 saylı 05 oktyabr 2017-ci  il tarixli Qərardadını icra etmək üzrə olduqlarına əsasən (həmin Qərardad ilə azyaşlı Ceyla anasına qaytarılır) çox vaxt keçməsin deyə İddia baxılmamış saxlanılmışdı. Lakin sonradan İddianın təzələnməsi üçün verilən Ərizə heç bir əsas olmadan təmin edilməmişdi.

Bağırovlar tərəflərindən verilmiş şikayətlər Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədov tərəfindən 25 fevral 2021-ci  il tarixdə saat 16:00 da baxılacaqdır. İnanmaq istərdik ki, Bakı Apellyasiya Məhkəməsinin sədri hörmətli İman Nağıyev işi ciddi nəzarətə götürüb, Bağırova Cəmilənin öz vəzifə səlahiyyətindən sui-istifadə etmiş olmasına imkan verməyəcək, hakim Tofiq Səmədova ədalətli Qərar çıxarmasına tövsiyəsini verəcək. Hakim Tofiq Səmədov da sədrlik etdiyi məhkəmə tərkibi ilə birlikdə cavabdehlərin tərəfindən çıxış etməyəcəkdirlər, vicdansız hərəkətlərə yol verməyəcəkdirlər.

Deməli, ələlxüsus Bağırova Cəmilənin birbaşa müdaxilə etmiş olması bir daha sübuta yetirildi. Hətta vermiş olduqları şikayətlər eyni formada, eyni məzmunda hazırlanmışdılar. Həmin şikayətlər təqdim edilir. Onların şikayətlərinə diqqətlə nəzər yetirdikdə “valideynlik hüququndan məhrum edilmiş olmağa” görə iddia tələbinin Sabunçu r-n məhkəmənin (hakimi olmuş Səmədov Əşirin) qərarının “artıq hazır olduğu” – Merim Beishekeyevanın (Beyşekeyevanın) məhrum edilmiş olması qənaətini yaratmışdı. İnanırıq ki, bütün bu özbaşınalıqlar respublikanın Məhkəmə Hüquq Şurasını, Ədliyyə Nazirliyini ciddi narahat etməklə Sabunçu və Səbail r-n məhkəmələrin rəhbərləri və hakimləri: Mirheydər Zeynalovun, Əşir Səmədovun, Ağamalı Qafarovun, Şahin Abdullayevin özbaşınalıqlarını ciddi araşdırmaqla onların hakimlik səlahiyyətlərinə (o cümlədən, əgər Tofiq Səmədov da qanunsuzluğa yol vermiş olardısa) xitam verilməsinə dair Qərarlarının verilməsinə nail olacaqdırlar.

İndi isə Bağırovlar: Davudun və Cəmilənin şikayətlərini təqdim edirik:

Bağırov Davudun şikayəti:

davudun sikayeti

davudun sikayeti 2 

Bağırova Cəmilənin şikayəti:

cemile sikayet 1cemilenin sikayeti 02 

Səbail r-n məhkəməsinin (hakim Ş.Abdullayev) 01 fevral 2021 il tarixdə məhkəmə baxışına hazırladığı Qərardad:

23 e kecirilsi qerardad 

Səbail r-n məhkəməsinin (hakim Ş.Abdullayev) 01 fevral 2021 il tarixdə hazırladığı məhkəmə Bildirişi:

23 e kecrlsin qerardad 2 

Səbail r-n məhkəməsinin (hakim Ş.Abdullayevin) 23 fevral 2021 il tarixinə təyin etdiyi məhkəmə baxışına çağırış vərəqələrin surətləri:

176 

177

178

179

Bağırov Davud bildiyindən ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Covid-19 pandemiyası ilə əlaqədar Qərarına görə xarici vətəndaşlar Azərbaycan Respublikasının ərazisinə buraxılmadıqlarından Merim Beishekeyeva (Beyşekeyeva) da (o Qırğızıstan Respublikasının vətəndaşıdır) gələ bilmir, bu səbəblərə görə bildirirdi ki, uşaqla görüşə etiraz etmir. Elə ki, Abdulla Əfəndizadə hüquqlarını müdafiə etdiyi Merim Beishekeyevanın (Beyşekeyevanın) adından xahiş ilə müraciət edəndə ki, heç olmazsa 3 (üç) saat əvəzinə 15-20 dəqiqə ərzində video görüntü və ya Skaypla (SKYPE-la) azyaşlı qızı ilə danışsın, Bağırov Davud bu hala razılıq verməmişdi, yalnız Merim Beishekeyevanın (Beyşekeyevanın) Azərbaycana gələndə azyaşlı qızı Ceyla ilə görüşməsinə imkan yaradacağını bildirmişdir.

Əgər Bağırov Davud belə “səmimi insan” idisə hansı səbəbdən video görüntü və ya Skaypla (SKYPE-la) görüşə, danışığa icazə verməmişdi?!?... 18 fevral 2021-ci il tarixində saat 16:00 radələrdə Bağırov Davuda nümayəndə və vəkili Quliyev Azərin tərəfindən baş redaktorla telefon danışığı zamanı Abdulla Əfəndizadənin nahaq yerə “özünü yormuş olduğunu”, onsuz da heç bir nəticəyə nail olmayacağını, o cümlədən Bağırov Davuda qarşı verdiyi Xüsusi İttiham Qaydasında Şikayətiylə əlaqədar Beyləqan r-n məhkəmənin tərəfindən guya icraata götürülməmiş olacağını əminliklə bildirmiş olmuşdu.

Deməli, belə çıxmış olurdu ki, Azərbaycan Respublikasının Ali Məhkəməsində: 03 mart 2021 il tarixdə İnzibati Kollegiyasının hakimi İspəndiyar Şəfiyevin sədrliyi ilə keçiriləcək “doğum qeydinin ləğv edilməsi, doğum şəhadətnaməsinin etibarsız sayılmasına və s.” İddiası ilə əlaqədar inzibati iş üzrə; 05 mart 2021 il tarixdə Cinayət Kollegiyasının hakimi İlqar Qılıcovun sədrliyi ilə Bağırov Davuda və Quliyev Azərin cəlb edildiyi Xüsusi İttiham Qaydasında Şikayət ilə əlaqədar Cinayət işi üzrə; Sabunçu r-n məhkəmədə 04 mart 2021-ci il tarixində (hakimi olmuş Səmədov Əşirin) “valideynlik hüququndan məhrum edilmiş olmağa görə” iddiasına görə mülki iş üzrə; bütün qərarları Merim Beishekeyevanın (Beyşekeyevanın) zərərinə, Bağırov Davudunsa xeyrnə çıxarılmış olmalı idilər?!?... Görəsən, Quliyev Azərin belə bir əminliyinə kimlər səbəb olmuşdular?!?...

Tam inanırıq ki, bu məqaləmizin işıq üzü görməsindən sonra ölkə rəhbərliyi, məhkəmə-hüquq şurasının rəhbərliyi, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev bu işləri ciddi nəzarətlərə götürüb, hakimlərin vicdanlı, ədalətli, obyektiv, əsaslı və qanunla Qərar çıxarmasına öz ciddi tövsiyyəsini verəcək. Növbəti məqalələrimizin birində Bağırov Davuda nümayəndə və vəkili olmuş Quliyev Azərin, onun qardaşı olmuş, Vəkillər Kollegiyasının üzvü olmuş Quliyev Sahibin vəkillik fəaliyyətləri barədə məqalələrin işıq üzü görməsi baş tutacaqdır.

Saytımızı izləyin.

MillətinSəsi.info-nun Hüquqi Məsələlər üzrə Araşdırma Qrupu