Gəncədə eyni evdə son üç ayda dördüncü dəfə yanğın olub

Gəncədə eyni evdə son üç ayda dördüncü dəfə yanğın olub
00:56 22-02-2021 | icon 39

Gəncə şəhərində yaşayış evində son üç ay ərzində dördüncü yanğın hadisəsi qeydə alınıb.

“Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə Atatürk prospekti 237, bina 2 A, mənzil 19-da baş verib.

Yanğın zaman evdə kimsə olmadığından xəsarət alan olmayıb.

Əraziyə FHN-in Gəncə şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.