Simptomsuz koronavirus keçirdiyimizi necə müəyyən edə biərik?

Simptomsuz koronavirus keçirdiyimizi necə müəyyən edə biərik?
15:14 14-01-2021 | icon 51

Britaniyalı tibb mütəxəssisi Den Benston insanın simptomsuz koronavirus keçirməsinin necə müəyyən olunmasını izah edib.

Bu barədə “Express” xəbər yayır:

“Mümkün simptomlar genişdir və onun hər bir insanda özünü eyni göstərmə ehtimalı yoxdur. Lakin əlamətlər ümumilikdə yorğunluq, usanma, baş, əzələ və ya oynaq ağrıları kimi özünü büruzə verir”.

O əlavə edib ki, əgər kimsə heç bir səbəb olmadan daim özünü tükənmiş hiss edirsə, bu onun koronavirusu keçirməsindən xəbər verə bilər.

Alim bildirib ki, koronavirus keçirib-keçirməməyi dəqiq bilmək üçün anticisim testi vermək lazımdır.