Azərbaycanda Vətən müharibəsi haqqında sənədli film çəkilir

Azərbaycanda Vətən müharibəsi haqqında sənədli film çəkilir
15:00 14-01-2021 | icon 64

Mədəniyyət Nazirliyinin “Azərbaycanfilm” kinostudiyasının “Salnamə” film studiyası İkinci Qarabağ müharibəsinə aid “Vətən müharibəsi” adlı tammetrajli (52 dəqiqə) sənədli filmin istehsalı üçün çəkiliş avadanlıqların icarəyə götürülməsi və xidmətlərin göstərilməsi üçün iki kotirovka sorğusu elan edib.

Sorğularda iştirak etmək istəyənlər təkliflərini yanvarın 18-i, saat 11:00-a qədər studiyanın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 1 ünvanına təqdim edə bilərlər.

Telefon: (070) 215-82-15.

Report