Azərbaycan - Serbiya qarşılaşmasının stadionu açıqlandı

Azərbaycan - Serbiya qarşılaşmasının stadionu açıqlandı
14:07 14-01-2021 | icon 61

Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsində ilk ev oyununu keçirəcəyi stadion müəyyənləşib. 

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan - Serbiya qarşılaşması martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Oyun saat 20:00-da başlayacaq.