Ermənistanın ombudsmanı ölkəsinin Xarici İşlər Nazirliyinə qarşı - ŞƏRH

Ermənistanın ombudsmanı ölkəsinin Xarici İşlər Nazirliyinə qarşı - ŞƏRH
12:35 14-01-2021 | icon 62

Amerikalı jurnalist və ekspert Coşua Kuçera Ermənistan rəsmi qurumlarının yalanlarını ifşa edib.

milletinsesi.info-ın məlumatına görə, C.Kuçera özünün “Twıtter” hesabında Ermənistan Xarici İşlər Nazirliyinin 2020-ci ilin noyabrın 1-də yayımladığı video görüntüyə diqqət çəkib.

Həmin videoda Ermənistanın əsir götürdüyünü iddia edilən şəxs danışır və bildirilir ki, guya o, Suriyadan gəlib Azərbaycan tərəfdə döyüşür.

Ermənistan rəhbərliyi reallıqla əlaqələrini itirib və xəyal dünyasının məhsulunu fakt kimi sırımağa çalışır. Çünki Azərbaycan tərəfində muzdluların döyüşməsi barədə bir dənə də dəlil yoxdur. Dəlilin yoxluğuna səbəb isə ümumiyyətlə muzdluların Azərbaycan Ordusunda döyüşməməsidir. Olmayan bir şey barədə necə dəlil tapmaq olar?

C.Kuçeranın diqqətini çəkən ikinci “tvit” Ermənistanın Ombudsmanı Arman Totoyanın açıqlamasıdır.

A.Totoyan 2021-ci ilin yanvarın 13-də “Twitter” səhifəsində yazıb ki, Ermənistanın müharibə məhbuslarının və əsirlərin dindirilməsi ilə bağlı informasiyalar dəlil kimi istifadə oluna bilməz və bu onlara qarşı cinayət təqibi üçün baza olmamalıdır.

A.Totoyan əslində Azərbaycanın Xocavənddə zərərsizləşdirdiyi 62 erməni diversantı amilinə diqqət çəkir.

Müharibədən sonra Xocavənddə meşəlik ərazilərdə özlərinə məskən salıb döyüşmək istəyən ermənilər isə terrorçudurlar.

Bunu Azərbaycan rəhbərliyi də dəfələrlə bəyan edib.

Ermənistanın ombudsmanı isə onların terrorçu olduğuna dair videoları və faktları pərdələməyə çalışır və ölkəsinin diversantlarına münasibətdə “müharibə məhbusları” ifadəsini işlədir.

Ümumiyyətlə faktları və hadisələri özlərinə məxsus isterik tərzdə mahiyyətindən uzaqlaşdırıb təqdim etmək Ermənistan hakimiyyəti və ombudsmanı üçün xarakterikdir.

Ritorik sual ünvanlamaq zərurəti yaranır. Azərbaycan o suriyalı muzdlu deyilən şəxsin Azərbaycan Ordusunda döyüşdüyünü qəbul edibmi? Əlbətdə ki, yox! İkinsi sual, necə olur ki, Ermənistan XİN qurama bir video düzəldərək onu dəlil kimi təqdim edir, amma Azərbaycanın tutduğu erməni diversantların verdiyi ifadələri heçə sayır? 

Aqşin Kərimov