Erməni müxalifətinin lideri Moskva danışıqları barədə: “Növbəti rüsvayçı və sarsıdıcı məğlubiyyət”

Erməni müxalifətinin lideri Moskva danışıqları barədə: “Növbəti rüsvayçı və sarsıdıcı məğlubiyyət”
11:35 14-01-2021 | icon 51

Yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Birgə bəyanatda əks olunan – uzunmüddətli müzakirələrin nəticələri Ermənistan cəmiyyətində növbəti məğlubiyyət hissinə səbəb olub. Bu dəfə - danışıqlar masasında...

“Sputnik” Ermənistana İlham Əliyev-Vladimir Putin-Nikol Paşinyan görüşünün nəticələrini birləşmiş erməni müxalifətinin lideri Vazgen Manukyan şərh edib.

“Azərbaycandan fərqli olaraq Ermənistanın çoxlu problemləri var. Ermənistan isə sadəcə bu problemlərin heç birini həll etmək iqtidarında deyil. Məsələn, bu problemlərdən biri də 9 noyabrda bəyanatında səkkizinci bənd altında olan hərbi əsirlərin mübadiləsi məsələsidir.

Bu nöqteyi-nəzərdən Ermənistan növbəti rüsvayçı və sarsıdıcı məğlubiyyətə uğrayıb. Bu dəfə danışıqlar masasında... Hərçənd, hazırda Ermənistan sadəcə məğlub olmaya bilməz”, - deyə V.Manukyan bildirib.