Uşaqlarda koronavirusun “Britaniya ştammı”nın simptomları açıqlanıb

Uşaqlarda koronavirusun “Britaniya ştammı”nın simptomları açıqlanıb
09:00 14-01-2021 | icon 65

Koronavirusun “Britaniya ştammı” uşaqlarda özünü fərqli simptomlarla göstərir.

“Express”in məlumatına görə, alimlər bu barədə məlumat veriblər.

Bildirilir ki, yoluxmuş uşaqların yarısından çoxu yorğunluqdan əziyyət çəkir, bir çoxu özünə qapanır. 

Körpələrdə xəstəlik özünü isteriya və ağlamaqla göstərir.

Bundan başqa, koronavirusun “Britaniya ştammı”na yoluxan uşaqlar baş ağrısından şikayətlənib. Bəziləri eyni zamanda qarın ağrısından da əziyyət çəkib.

Yoluxmuş uşaqların demək olar ki, yarısında 37 dərəcədən yuxarı temperatur olub.

Mütəxəssislərin fikrincə, boğaz ağrısı da bədəndə infeksiya olduğunu göstərə bilər.

Bundan əlavə, bir yaşınadək körpələrin təxminən 35 faizi iştahsızlıqdan əziyyət çəkir.