Avstriyanın səhiyyə naziri pandemiyanın ən mürəkkəb fazasını proqnozlaşdırır

Avstriyanın səhiyyə naziri pandemiyanın ən mürəkkəb fazasını proqnozlaşdırır
00:42 14-01-2021 | icon 61

Avstriyanın səhiyyyə naziri Rudolf Anşober yaxın həftələrdə Avropada koronavirus pandemiyasının ən mürəkkəb fazaya daxil olacağını gözləyir.

Bu barədə o, ölkə parlamentinin aşağı palatasının xüsusi iclasında çıxış edərkən bildirib. Nazir öz gözləntilərində hansı amillərə əsaslandığını da dilə gətirib:

“Mən öz proqnozlarımda həm Avropada virusun Britaniya ştammının sürətlə yayılmasına, həm də vaksin istehsalındakı imkanların məhdud olmasına əsaslanıram”.

R.Anşober bildirib ki, Avstriyada virusun Britaniya ştammı, hələ ki, dörd nəfərdə aşkar edilərək təsdiq olunub. Lakin 70 nəfər şübhəli xəstə mövcuddur və onların test nəticələri gələn həftə məlum olacaq.   

Qeyd edək ki, Avstriyada dekabrın 26-dan yanvarın 24-dək sərt karantin rejimi elan edilib və onun müddətinin uzadılması güman olunur.

Dekabrın 27-dən ölkədə vaksinasiya prosesinə başlanılıb. İlkin mərhələdə 80 yaşdan yuxarı şəxslər və tibb işçiləri, ikinci mərhələdə yaşlılar və mühüm infrastrukturların əməkdaşları peyvənd olunacaq. Üçüncü mərhələdə isə vaksin geniş əhali kütləsi üçün əlçatan olacaq.