Mərkəzi Bankın yeni binasının inşası 452 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binasının inşası 452 milyon manata başa gələcək
16:41 13-01-2021 | icon 305

Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının tikintisi üçün 218 milyon avro (452 milyon manat) vəsait xərclənəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti açıqlayıb. Açıqlamada bildirilir ki, şirkət Azərbaycan Mərkəzi Bankı ilə yeni inzibati binanın tikintisi üçün 218 milyon avro dəyərində müqavilə imzalayıb.

Mərkəzi Bank ötən il verdiyi tender elanında bildirmişdi ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 109 ünvanda yerləşən  yeni ünvanda tikiləcəyini bildirmişdi. Hansı ki, bu prospektə SOCAR, ARDNF, Azersun, ASK Arena stadionu, Atletlər kəndi və s.  yeni inşa edilmiş tikililər vardır.

Daha öncə “Tekfen Construction and Installation Co., Inc” müqavilənin təxminən 250 milyon dollar olaraq qiymətləndirildiyi və müqavilənin imzalanmasından sonra yeni bir açıqlama veriləcəyi bildirilmişdir.

Mərkəzi Bank yeni 160 m hündürlükdə binanı tikəcək qalib şirkəti - Açıqlayıb | FED.az

Binanın tikinti sahəsi 33 200 m2, ümumi mərtəbə sahəsi 67 926 m2, hündürlüyü 160 metr olacaq.

Yeni binada xəzinə mərkəzi, texniki qurğular və avtodayanacaqdan ibarət zirzəmi məntəqələri, konfrans və təlim obyektləri, kitabxana, restoran, o cümlədən bayır landşaftı ilə birlikdə, ofis sahələri olacaq.

Qeyd edək ki, Mərkəzi Bank ötən ilin fevral ayında Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev Prospekti, 109 ünvanda yerləşən “Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inzibati binası”nın detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisi (bundan sonra “Layihə” adlandırılacaq) üçün tender elanı vermişdi.