Millimizdə oynamış futbolçu Davidsin məşqçi işlədiyi kluba keçdi - FOTO

Millimizdə oynamış futbolçu Davidsin məşqçi işlədiyi kluba keçdi - FOTO
15:49 13-01-2021 | icon 47

“Sabah” Futbol Klubu və Niderlandın “Telstar” klubu arasında futbolçu Ozan Can Kökcünün icarəyə verilməsilə bağlı razılıq əldə olunub.

Müqaviləyə əsasən, gənc yarımmüdafiəçi cari mövsümün sonuna kimi Niderland I divizion təmsilçisində çıxış edəcək.

Ozan Can Kökcü 2019-cu ilin yayından “Sabah”ın uğurları üçün çalışır. Bu müddətdə komandanın əsas heyət üzvlərindən birinə çevrilən gənc futbolçu “göy-ağ” formada 29 oyun keçirib, bir qola imza atıb. Azərbaycanın U-21 millisinin də əsas üzvlərindən olan Ozan Canın icarəyə verilməsində onun Avropa təcrübəsi qazanması və özünü inkişaf etdirməsi perspektivləri əsas götürülüb.

Kökcü klubun saytına keçidlə bağlı fikirlərini bildirib:

“Bu təklifə müsbət cavab verməyimə əsas səbəb özümü Avropada sınamaq, həmçinin Azərbaycanı və klubum “Sabah” FK-nı Avropada ən yaxşı şəkildə təmsil etmək istəyimdir. “Telstar”a altı aylıq müddətdə özümü daha da inkişaf etdirmək və üst səviyyəyə qalxmaq üçün yollanıram.

Mənə daim dəstək olan “Sabah” FK ailəsinə təşəkkür edirəm. Burda olmadığım müddətdə də komandamı yaxından izləyəcəm.

Doğma klubuma uğurlar diləyirəm”.

Qeyd edək ki, 22 yaşlı Ozan Kökcü Niderland vətəndaşı olan türkdür. Onun yeni komandası Niderland çempionatında 28 xalla səkkizinci sıradadır. “Telstar”ın baş məşqçisi Andris Yonkerin köməkçilərindən biri ötən ilin sonunadək Hollandiya millisinin əfsanəvi futbolçularından olmuş Edqar Davids olub. O, bu ay Portuqaliyanın II divizion klubu “Olyanense”yə baş məşqçi təyin edilib.

Səbuhi Musayev