“Keşlə” beşinci legionerini uzaqlaşdırdı

“Keşlə” beşinci legionerini uzaqlaşdırdı
14:56 13-01-2021 | icon 30

“Keşlə” Futbol Klubu Dmitri Klyotsla yollarını ayırıb.

Bakı klubunun sosial şəbəkə hesabında xəbər verilir ki, mövsümün əvvəlində bu komandaya qoşulan 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, ukraynalı Dmitri Klyots Premyer Liqa çərçivəsində 13 oyunda meydana çıxıb və bir qol vurub.

Onu da bildirək ki, “Keşlə” buna qədər anqolalı Aleşander Kristovan, özbəkistanlı Şahrux Qadoyev, braziliyalılar – Artur Batista və Alvaro Tavareşlə yollarını ayırıb.