Salyanda 2800 illik abidə məhv olur - VİDEO

Salyanda 2800 illik abidə məhv olur - VİDEO
12:14 13-01-2021 | icon 81

Salyan rayonunun Babazanlı dağlarında doqquz il əvvəl qazıntı işləri aparılan zaman təsadüfən 2800 yaşı olan abidələr aşkar edilib. Bu qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri indi məhv olmaq təhlükəsi ilə üz-üzədir. 

Qazıntılar zamanı 30-dan çox irili-xırdalı küp və torpaq qəbirlər, eləcə də 250-dən çox məişət əşyaları aşkarlanıb. 

Arxeloq-tədqiqatçılar hesab edir ki, Babazanlı dağlarında aşkar edilən bu tarixi abidələrin ərazisində yaşayış məskəni olub. Həmin ərazidə yaşayış eramızdan əvvəl III əsrdən bizim eranın III əsrinədək davam edib. Arxeoloji qazıntılardan bir neçə il keçməsinə baxmayaraq bu abidələrin qorunması üçün hər hansı bir lazımi tədbir görülməyib.

Tarixçi-tədqiqatçı Sahib Həsənovun sözlərinə görə, bu abidələrin uzun müddəq qalması üçün mütləq qapalı məkan lazımdır. 

Məsələ ilə bağlı Biləsuvar Regional Mədəniyyət Mərkəzinin Salyan filialı ilə əlaqə saxladıq. Filialdan bildirildi ki, abidələrin qorunması üçün ölkə başçısının sərəncamı ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də yaradılıb. Bu iş birbaşa onların səlahiyyətinə aiddir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: