Ölkədə göstərilən informasiya və rabitə xidmətlərinin dəyəri açıqlandı

Ölkədə göstərilən informasiya və rabitə xidmətlərinin dəyəri açıqlandı
11:35 13-01-2021 | icon 47

Azərbaycanda 2020-ci il ərzində 2 milyard 235,9 milyon manat dəyərində informasiya və rabitə xidmətləri təqdim edilib.

milletinsesi.info-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu, 2019-cu illə müqayisədə 0,6 faiz çox olub.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda 2 milyard 197,9 milyon manat dəyərində informasiya və rabitə xidmətləri təqdim edilib. Bu xidmətlərin dəyəri 2018-ci ilə nisbətən 15,9 faiz çox olub.

Nigar Məmmədova