Təhsil müəssisələri ənənəvi qaydada tədrisə qayıdır?

Təhsil müəssisələri ənənəvi qaydada tədrisə qayıdır?
11:00 13-01-2021 | icon 151

Ötən gündən sosial şəbəkələrdə ümumtəhsil müəssisələrində dərslərin yaxın zamanda ənənəvi qaydada aparılacağı ilə bağlı məlumatlar yayılıb.

Məsələ sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub. 

Təhsil Nazirliyi yaranan müzakirələrə aydınlıq gətirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün “Facebook” hesabından paylaşdığı məlumatda bildirib ki, dərslərin mövcud pandemiya şəraitində ənənəvi qaydada keçirilməsi məsələsi ilə bağlı hər hansı qərar qəbul edilməyib.

Onun sözlərinə görə, tədris ilinin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa, bu ilk növbədə Təhsil Nazirliyinin resurslarında paylaşılacaq.