Qadın sürücüdən Trampa özünəməxsus etiraz: Avtomobilini qəsdən “Trump Tower”ə çırpdı - VİDEO

Qadın sürücüdən Trampa özünəməxsus etiraz: Avtomobilini qəsdən “Trump Tower”ə çırpdı - VİDEO
04:00 13-01-2021 | icon 47

ABŞ-ın Çikaqo şəhərində qadın sürücü avtomobilini “Trump Tower” binasına çırpıb.

REN TV xəbər verir ki, ABŞ mediası qəzanın təfərrüatlarını araşdırıb və məlum olub ki, 31 yaşlı sürücü avtomobilini qəsdən ABŞ prezidentinə məxsus binaya tərəf sürüb.

Hadisə binanın girişinin yaxınlığında baş verib.

Xoşbəxtlikdən heç kim zərər görməyib. Sürücü polislər tərəfindən saxlanılıb.