Yekaterinburqda güclü yanğın olub - VİDEO

Yekaterinburqda güclü yanğın olub - VİDEO
00:21 13-01-2021 | icon 106

Rusiyanın Yekaterinburq şəhərində yerləşən anbarların birində güclü yanğın baş verib.

REN TV yerli Fövqəladə Hallar Xidmətinin yaydığı məlumata əsasən xəbər verir ki, alov 1 200 kvadratmetr ərazini əhatə edib.

Yanğın başlayandan qısa müddət sonra anbarın tavanının da çökməsi alovun daha geniş əraziyə yayılmasına səbəb olub.

Anbar ərazisində ölən və yaralıların olması barədə hələlik məlmat verilmir.