Netçalada 49 yaşlı kişi bıçaqlanıb

23:21 12-01-2021
|
65

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Tataraməhlə kəndində qeydə alınıb.
Kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Mahir Fərhad oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda o, cərrahiyyə şöbəsində əməliyyat olunur.
Faktla bağlı araşdırma aparılır.