Almaniyada sərt karantin iki aydan artıq müddətə uzadıla bilər

Almaniyada sərt karantin iki aydan artıq müddətə uzadıla bilər
15:56 12-01-2021 | icon 54

Almaniya kansleri Angela Merkel sərt karantin rejiminin daha 8-10 həftə uzadılması barədə təklif verib.

Bu barədə “Bild” xəbər yayıb.

Merkel bildirib ki, koronavirusun “Britaniya ştammı”nın qarşısı alınmazsa, yoluxanların sayı Pasxada 10 dəfə arta bilər. Bu səbəbdən təcridin iki aydan artıq müddətə uzadılmasına çağırış edib.

Qeyd edək ki, bu il katoliklərin Pasxa bayramı aprelin dördündə qeyd olunacaq.

Yeri gəlmişkən, Almaniyada sərt karantin tədbirləri ilə əlaqədar narazı olanların sayı günü-gündən artır. Onlar təcrid rejiminin iqtisadi cəhətdən ziyan vurduğunu bildirirlər.