36 yaşlı azərbaycanlı şəhidin adına Afrikada bulaq tikildi - FOTO/VİDEO

36 yaşlı azərbaycanlı şəhidin adına Afrikada bulaq tikildi - FOTO/VİDEO
15:49 22-11-2020 | icon 100

Afrikada şəhidimizin xatirəsinə bulaq inşa edilib.

Bu barədə milletinsesi.info-a şəhid mayor Aqşin İbadovun ailə yaxınları məlumat verib.

Afrikada 36 yaşlı şəhid A.İbadovun xatirəsinə tikilən bulaq Qərbi Afrikada yerləşən Benin Respublikasındadır. Burada mövcud su problemindən əziyyət çəkən insanlar həmin bulaqdan istifadə edə biləcək. 

Ailəsinin verdiyi məlumata görə, bulaq şəhidin yaxın dostlarından birinin təşəbbüsü ilə tikilib. 

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli