Yaşadığı ünvanı tərk edən daha bir xəstə tutuldu 

Yaşadığı ünvanı tərk edən daha bir xəstə tutuldu 
13:56 22-11-2020 | icon 117

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin şəxsin rayonun Qoxmuq kənd sakini F.Nəsibov olduğu müəyyən edilib.

Ona koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilsə də, ancaq F.Nəsibov qaydaları pozaraq, yaşadığı evi tərk edib. O, polis əməkdaşlarının da müşayiəti ilə yaşadığı evə geri qaytarılıb.

F.Nəsibov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.