Braziliyada qaradərili şəxsin öldürülməsindən sonra etirazlar başlayıb - VİDEO

Braziliyada qaradərili şəxsin öldürülməsindən sonra etirazlar başlayıb - VİDEO
00:28 22-11-2020 | icon 51

“Black Lives Matter” hərəkatının fəalları Braziliyanın San-Paulu şəhərində Fransanın “Carrefour” şəbəkəsinə məxsus olan mağazanı talan edərək yandırıb.

Bu barədə “Diario de Pernambuco” nəşri məlumat yayıb.

İnsidentə “Carrefour” mağazasının mühafizəçilərinin 40 yaşlı müştərini  döyərək öldürməsi səbəb olub.

Sosial şəbəkələrdə yayımlanan videolarda onlarla insanın San-Pauludakı hipermarketin piştaxtalarını darmadağın etdiyi və rəflərə od vuraraq yandırdığı əks olunub.