Rusiyada antiseptikdən kütləvi zəhərləndikdən sonra ölənlərin sayı artıb

Rusiyada antiseptikdən kütləvi zəhərləndikdən sonra ölənlərin sayı artıb
14:07 21-11-2020 | icon 81

Yakutiyada antiseptikdən zəhərlənmə nəticəsində ölən rusların sayı yenidən artıb. 

Bu barədə “Rospotrebnadzor” (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) xəbər yayıb. 

İlkin məlumatlara görə, bir neçə nəfər mağazadan beş litrlik kanistrdə spirt tərkibli “Əl üçün dəri antiseptik” alıb içiblər. Ümumilikdə doqquz zəhərlənmə hadisəsi qeydə alınıb, onlardan yeddisi ölümlə nəticələnib.

Yakutiya prokurorluğu baş verənlərlə bağlı yoxlamalara başlayıb.