ABŞ prezidentinin oğlu kiçik Donald Tramp koronavirusa yoluxub

ABŞ prezidentinin oğlu kiçik Donald Tramp koronavirusa yoluxub
13:28 21-11-2020 | icon 91

ABŞ Prezidenti Donald Trampın oğlu koronavirusa yoluxub.

Bu barədə CBC telekanalı xəbər yayıb.

Bildirilir ki, onun testi müsbət nəticə göstərib. Hazırda prezidentin böyük oğlunun karantində olduğu vurğulanır.

Məlumata görə, onda indiyə qədər heç bir simptom olmayıb.

Kiçik Donald Trampın COVİD-19-la bağlı həkimlərin tövsiyə etdiyi bütün qaydalara əməl etdiyi vurğulanıb.