Həmvətənlərimiz haqq səsimizi Litva ictimaiyyətinə çatdırdılar 

Həmvətənlərimiz haqq səsimizi Litva ictimaiyyətinə çatdırdılar 
01:28 19-10-2020 | icon 243

Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) Vilnüsdə Azərbaycanın haqq mübarizəsinə dəstək nümayiş etdirib.

Bir qrup həmvətənimiz müxtəlif məzmunlu plakatlarla şəhər küçələrinə çıxaraq, həm Azərbaycanın ərazi bütövlüyümüz uğrunda mübarizəsini, həm də mənfur düşmənin Gəncəyə xain hücumunu şəhər sakinlərinin diqqətinə çatdırıblar.

Aksiyada “Biz xarı bülbülün haqqını almağa gəlmişik”, “Uşaqların öz analarının isti qollarına ehtiyacı var, düşmənin soyuq qollarına yox” kimi şüarlar qaldırılıb.