Kaliforniyada yaşayan azərbaycanlılardan ordumuza dəstək AVTOYÜRÜŞÜ - FOTO/VİDEO

Kaliforniyada yaşayan azərbaycanlılardan ordumuza dəstək AVTOYÜRÜŞÜ - FOTO/VİDEO
23:49 18-10-2020 | icon 86

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılar Azərbaycanın Müstəqillik Günü və işğal olunmuş ərazilərin azad olunmasına dəstək məqsədilə avtoyürüş keçiriblər.

Tədbirin təşkilatçılarından biri Yasmin Bəşirova avtoyürüşlə bağlı milletinsesi.info-a açıqlama verib:

“Bu gün San-Xose şəhərində toplaşmışıq ki, diasporumuzun dinc aksiyasını təşkil edək. Aksiyaya azərbaycanlılara məxsus təxminən 120 avtomobil gəlib və onların üzəri Azərbaycan bayraqları, “KarabakhİsAzerbaijan”, “StopArmenianAgression” və s. müxtəlif şüarlar və stikerlərlə bəzədilib. Bununla yerli sakinlərin diqqətini çəkmək istəyirik. Bu, bizim San-Xosedəki yerli Azərbaycan icmasının ən böyük toplantısıdır. Düşünürəm ki, bizim bu birliyimiz gələcəkdəki növbəti tədbirlər üçün yaxşı rol oynayacaq. Növbəti həftənin bazar günü başqa bir tədbir etməyi də planlaşdırırıq. 11 ildir ki, Amerikada yaşayıram, ilk dəfədir ki, bu qədər azərbaycanlını bir yerdə görürəm. Çox şadam ki, biz birlikdəyik, birik və belə bir tədbir təşkil edə bilmişik”.

Avtoyürüş San-Xose ilə San-Fransisko şəhərlərinin arasında təşkil olunub.