Kanadada yaşayan həmyerlilərimizdən Ordumuza və Gəncəyə dəstək yürüşü - CANLI

Kanadada yaşayan həmyerlilərimizdən Ordumuza və Gəncəyə dəstək yürüşü - CANLI
23:00 18-10-2020 | icon 81

Ermənilərin cəbhə xəttindəki təxribatlarından sonra ək hücuma keçən Ordumuzun qazandığı uğurlar və qısa zamanda bir neçə yaşayış məntəqələrimizi işğaldan azad etməsi bütün dünyada yaşayan azərbaycanlıları sevindirib.

Bir çox ölkələrdə yaşayan həmyerlilərimiz Qarabağa, Ordumuza dəstək yürüşləri keçirirlər. Belə aksiyalardan biri də Kanadada keçirilir.

Bu ölkədə yaşayan azərbaycanlılar Ordumuza dəstək nümayiş etdirməklə yanaşı erməni terroru nəticəsində Gəncə şəhərinə raket hücumundan həlak olan və yaralanan dinc əhalinin haqq səsini dünyaya çatdırmaq üçün yürüş keçirirlər.

Yürüş zamanı aksiya iştirakçıları Azərbaycan bayraqları ilə yanaşı əllərində müxtəlif şüarlar yazılmış plakatlar da nümayiş etdiriblər. Plakatlarda “Armenia Kills Children”, “Stop Armenian Agression”, “Pray for Ganja” və digər şüarlar əks olunur.