Hikmət Hacıyev: “Humanitar atəşkəsi pozan Ermənistana necə etibar edə bilərik?”

Hikmət Hacıyev: “Humanitar atəşkəsi pozan Ermənistana necə etibar edə bilərik?”
12:35 18-10-2020 | icon 14047

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın humanitar atəşkəsi açıq şəkildə pozması ilə bağlı “Twitter”də paylaşım edib.

Paylaşımda bildirilir: 

“Humanitar atəşkəsi açıq şəkildə pozaraq Ermənistan silahlı qüvvələri döyüş təyyarələrindən Azərbaycan silahlı qüvvələrinin mövqelərini bombalamaq üçün istifadə etdilər. Ermənistan tərəfinə necə etibar edə bilərik?”

Bundan başqa, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan 15 yaşlı Nigarın ad günü il bağlı paylaşım edib.

H.Hacıyev bununla bağlı fikirlərini “Twitter” hesabında yazıb:

“Ad günün mübarək, Nigar. Qonşumuzun qaniçən Ermənistan olduğu üçün bizi bağışla. Dinc vətəndaşların, uşaqların öldürülməsi Ermənistan silahlı qüvvələrinin standart təcrübəsidir”.