Butulka ilə marşrut avtobusunun şüşəsini qırdı – ANBAAN VİDEO

Butulka ilə marşrut avtobusunun şüşəsini qırdı – ANBAAN VİDEO
07:00 18-10-2020 | icon 62

Rusiyanın paytaxtı Moskva şəhərində ictimai nəqliyyatda sərnişinlərdən biri ilə mübahisə edən kişi əlindəki butulka ilə marşrut avtobusunun şüşəsini sındırıb.

REN TV xəbər verir ki, insident ictimai nəqliyyat vasitəsinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə iki sərnişinin mübahisə etdiyi, onlardan birinin isə əlindəki şüşə butulka ilə marşrut avtobusunun şüşəsinə zərbə endirdiyi əks olunub.

Yalnız marşrut avtobusu sürücüsünün işə qarışmasından sonra intizamsızlıq edən sərnişin zərərsizləşdirilib.