Gəncəyə dəhşətli düşmən hücumu nəticəsində ölən və yaralananların sayı artıb - VİDEO

Gəncəyə dəhşətli düşmən hücumu nəticəsində ölən və yaralananların sayı artıb - VİDEO
09:35 17-10-2020 | icon 68

Ermənistan silahlı qüvvələrinin Gəncəyə atdığı raket şəhərin digər yaşayış massivi olan Cavad Xan qəsəbəsinə düşüb.

Baku TV-nin hadisə yerinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, nəticədə, beşə yaxın ev dağıdılıb.

Cavad Xan qəsəbəsindəki hadisə zamanı Maral adlı yaşlı qadının həlak olduğu bildirilir.

İlkin məlumata görə, ikinci raketin atıldığı ərazidə altı nəfər yaralanıb. Evlər tamamilə dağılıb. Avtomobillər dağıntıların altında qalaraq, yararsız hala düşüb. Raketin düşdüyü binaların yaxınlığındakı tikililər də ciddi ziyan görüb.

Hazırda axtarış-xilasetmə və dəyən ziyanın dəqiqləşdirilməsi istiqamətində iş aparılır.