Baş prokuror Kamran Əliyev: “Bu cinayətin məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq”

Baş prokuror Kamran Əliyev: “Bu cinayətin məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq”
09:28 17-10-2020 | icon 13836

“Ermənistan silahlı qüvvələri məğlubiyyətə uğradıqca dinc əhaliyə qarşı atəşi artırır. Bu bəşəriyyət əleyhinə olan ağır cinayətdir”.

milletinsesi.info-ın müxbirinin məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev düşmən tərəfindən raket atəşinə tutulan Gəncədə hadisə yerində jurnalistlərə verdiyi açıqlamada deyib.

O bildirib ki, bu cinayətin həm hüquqi, həm də siyasi məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq:

“Azərbaycan rəhbərliyi bütün bunlara həm hərbi sahədə, həm də siyasi sferada layiqli cavab verəcək. Ermənistan çox ağılsız addım atır. Onların məqsədi Azərbaycanda dinc əhali arasında vahimə yaratmaqdır. Lakin Gəncə əhalisi, eləcə də, Azərbaycan xalqı mərddir, heç nədən qorxmur. Biz bu günləri də geridə qoyacağıq. Çox yaxında Qarabağda sevincimizi paylaşacağıq”.

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində, bu gün səhər saatlarına olan məlumata görə, 60 mülki şəxs həyatını itirib”.

Baş prokuror Kamran Əliyev bildirib ki, ermənilərin açdığı atəş nəticəsində 270 dinc sakin yaralanıb: “1704 yaşayış evi, 327 mülki obyekt və 90 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb”, - deyə məlumatda qeyd edilib.