Düşmən hücumuna məruz qalmış Gəncədə qərargah yaradıldı - FOTO

Düşmən hücumuna məruz qalmış Gəncədə qərargah yaradıldı - FOTO
08:35 17-10-2020 | icon 89

Gecə saatlarında Ermənistan silahlı birləşmələrinin Gəncəni raket atəşinə tutması nəticəsində baş vermiş dağıntılarla əlaqədar qərargah yaradılıb. 

Bununla bağlı milletinsesi.info-a hadisə yerinə ezam olunmuş əməkdaşı məlumat verib. 

Qeyd edək ki, Baş prokuror Kamran Əliyevlə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hazırda Gəncədə hadisə yerindədir. 

Atışmış raketlərdən ikisi şəhərin mərkəzindəki yaşayış evlərinə düşüb. Hadisə nəticəsində 12 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.