ABŞ-da motosiklet klubunda silahlı insident: Ölənlər var

ABŞ-da motosiklet klubunda silahlı insident: Ölənlər var
05:07 17-10-2020 | icon 49

ABŞ-ın Florida ştatında motosiklet klubunda baş verən atışma nəticəsində üç nəfər ölüb, bir kişi yaralanıb.

REN TV yerli KİV-ə istinadən xəbər verir ki, insidentdən əvvəl klubda bir qrup şəxs arasında motosiklet üstündə mübahisə düşüb və nəticədə əlbəyaxa dava silahlı qarşıdurma ilə bitib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma aparılır.