Bakının Sabunçu rayonunda su kəsiləcək

Bakının Sabunçu rayonunda su kəsiləcək
17:14 17-09-2020 | icon 203

Sabah Bakının Sabunçu rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyət olacaq. 

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Bildirilib ki, magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar rayonun Ramana Südçülük, Ramana 2-ci sahə, Maştağa Subtropik və Maştağa Meyvəçilik yaşayış massivlərinə, həmçinin Şuşa şəhərçiyi və ətraf ərazilərə içməli su olmayacaq.