Cim Kerri ABŞ-ın yeni Co Baydeni olacaq

Cim Kerri ABŞ-ın yeni Co Baydeni olacaq
17:07 17-09-2020 | icon 81

Amerikalı aktyor Cim Kerri NBC telekanalında yayımlanan “Saturday Night Live” satirik gecə proqramının 46-cı mövsümündə siyasətçi və ABŞ prezidentliyinə namizəd Co Baydeni canlandıracaq.

Bu barədə Gazeta.ru məlumat yayıb.

Proqramın yeni mövsümü noyabrın 3-də başlayacaq.

“Cim Kerri – bizim yeni Co Baydenimizdir!”, - deyə proqramın yeni mövsümü ilə bağlı açıqlamada bildirilib.