Gənclərlə bağlı tədbirlərin açıq havada keçirilməsi planlaşdırılırmı?

Gənclərlə bağlı tədbirlərin açıq havada keçirilməsi planlaşdırılırmı?
15:49 17-09-2020 | icon 1667

“Gənclərlə bağlı tədbirlərin açıq havada keçirilməsi barədə heç bir qərar yoxdur”. Bunu Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib.

Onun sözlərinə görə, hazırda bu cür tədbirlər onlayn keçirilir:

“Hazırda Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, açıq havada azarkeşlərin iştirakı olmadan yalnız idman tədbirlərinin keçirilməsinə icazə verilir. Gənclərlə bağlı tədbirlərin açıq havada keçirilməsi barədə hansı qərarın verilməsi barədə məlumat yoxdur”.

Nazir müavini qeyd edib ki, yaxın vaxtlarda gənclərlə bağlı maraqlı bir layihə başlayacaq.