Abşeronda sakinlər pulla da zibillərdən qurtula bilmirlər 

Abşeronda sakinlər pulla da zibillərdən qurtula bilmirlər 
15:14 17-09-2020 | icon 1485

Abşeron rayonu, Mehdiabad qəsəbəsində məişət tullantıları təmizlənmir. Bu barədə milletinsesi.info-a sakinlər məlumat verib.

Bildirilib ki, qəsəbənin əsas küçələri hərdən təmizlənir: “Zibillərin təmizlənməsi üçün hər ay ödənişlər edilsə də, ara küçələr təmizlənmir”.

Abşeron Rayon İcra Hakimiyyətindən milletinsesi.info-a bildirilib ki, Mehdiabad qəsəbəsində həm əsas küçələr, həm də məhlə daxili küçələr məişət tullantılarından təmizlənir: “Mehdiabad bələdiyyəsi tərəfindən əsas küçə və prospektlər gündəlik olaraq, daxili küçələr isə tutulmuş qrafikə uyğun olaraq günaşırı, “qapıdan götürmə” prinsipi ilə sakinlərin qapısından götürülərək ərazi məişət tullantılarından təmizlənir”.