Rəqib futbolçunu vuran Neymarın cəzası məlum oldu

Rəqib futbolçunu vuran Neymarın cəzası məlum oldu
14:28 17-09-2020 | icon 158

Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar iki oyunluq diskvalifikasiyaya və bir oyunluq şərti cəzaya layiq görülüb.

Bu barədə Fransanın peşəkar futbol liqası məlumat yayıb.  

Xatırladaq ki, 28 yaşlı braziliyalı hücumçu futbol üzrə Fransa çempionatının II turunda evdə “Marsel”lə matçda rəqib oyunçu Alvaro Qonsalesi vurub.

Qarşılaşma “Marsel”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Neymardan başqa, dörd oyunçu da qırmızı vərəqə ilə cəzalandırılıb.