Çavuşoğlu: “S-400-lərimiz hələ aktiv edilməyib”

Çavuşoğlu: “S-400-lərimiz hələ aktiv edilməyib”
14:21 17-09-2020 | icon 95

Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksləri hələ döyüş növbətçiliyinə qəbul edilməyib.

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsi zamanı danışıb.

“S-400-lər hələlik aktiv deyil. Bizim əsgərlərimiz aktivləşdirmək üçün nə etmək lazım olduğunu bilir. Biz bu sistemi aldıq, çünki bizə təcili lazım idi”, - deyə M.Çavuşoğlu qeyd edib.